• Kövrək alma şirniyyatı resepti

Reseptin məlumatları Baxış sayı: 2 690

Tarix : 4-06-2017, 17:00

Bölmə : Şirniyyatlar / Meyvəli şirniyyatlar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
1 kq turş alma
125 qram şəkər
2 çay q. darçın
250 qram un
1 çimdik duz
175 qram pivə
duru yağ

Hazırlanması:
Şəkəri darçın ilə qarışdırın.
Almaları yuyub, tumlarını çıxardıb, qabığını soyun.
Təxminən 1,5 sm qalınlıqlı halqa formasında doğrayın.
Darçınlı şəkəri almaların üstünə səpib 30 dəqiqə saxlayın.
Unu duzla qarışdırıb pivəni əlavə edin.
Tavaya duru yağ töküb oda qoyun.
Yağ yaxşı qızanda almaları hər tərəfinə hopmaq şərti ilə pivəli qarışıqda fırladıb yağda qızardın.
Qızarmış almaları süzgəcə yığın ki, yağı süzülsün və soyusun.
Soyuduqdan sonra üzərinə şəkər tozu səpin.

Nuş olsun!
Etiketlər: almaları, şəkər, darçın, tərəfinə, hopmaq, şərti, pivəli, yaxşı, Tavaya, töküb, qoyun, qarışıqda, qızanda, yağda, Soyuduqdan, soyusun, sonra, üzərinə, səpin, süzülsün
BİZİ İZLƏYİN