• Çiyələkli tiramisu resepti

Reseptin məlumatları Baxış sayı: 3 614

Tarix : 19-07-2017, 17:00

Bölmə : Şirniyyatlar / Meyvəli şirniyyatlar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox

Şef / Mənbə : Mehriban


Tərkibi:
Krem üçün:
Maskarpone pendiri 200 qr
Qaymaq (slivki) 30-33% yağlı
Şəkər kirşanı 5 yemək qaşığı

Dərin qabın içinə krem üçün göstərilən ərzaqları krem özünü tutanacaq çalmaq (4-5 dəqiqə). Krem hazırdır

Hazırlanması:
Çiyələkli sous üçün:
yarım portağalın suyu və 100 qr çiyələk
Portağalın suyunu sıxmaq. Çiyələkləri portağal suyu ilə parçalayıcıdan( blendar) keçirmək,əzmə halına salmaq.
Bütün ön işlər hazırdır. Qalır Tiramisunu yığmaq. Savoyardi qurabiyələrini (bunlara Qadın barmağı da deyilir, böyük marketlərdə satılır) 1-2 saniyəlik çiyələkli sousa batırıb, Tiramisunu təqdim edəcəyiniz qabın dibinə yığın yan-yana. Üstündən krem yayın(gördüyünüz kimi mən kremi şpritsə doldurmuşam, amma olmasa adi qaşıq ilə yayın getsin) , sonra üstündən yenə sousa batırılmış Savoyardi düzün yan-yana. Ən üst qat krem olmalıdır.
Üstünə streç çəkib ən azı 20 dəq soyuducuda saxlayın. Tiramusu həm sərin halda daha ləzzətli olur, həm qurabiyələr kremi canına çəksin.

Siz Tiramisunu bir böyük qaba da yığa bilərsiz, adi sıradan italyan ailələrində belə edirlər. Ancaq şik , effektli görkəm əldə etmək istəsəniz , kiçik porsiyon qablara yığıb təqdim edin.

Belə həm səliqəli olur, hərə öz payını yeyir, çəkilir qırağa, həm dediyim kimi şık görünür.
Daha ətraflı məlumat və şəkillər bloqumda, Maskarpone pendiri və Savoyardi qurabiyəsi bilməyənlər keçsin baxsın ki bu nəmənədir

Nuş olsun!
Etiketlər: Savoyardi, Tiramisunu, böyük, qabın, təqdim, sousa, Maskarpone, pendiri, hazırdır, kremi, yayın, sərin, saxlayın, Tiramusu, halda, qurabiyələr, bilərsiz, çəksin, canına, ləzzətli
BİZİ İZLƏYİN