• Şokoladlı peçenye resepti

Reseptin məlumatları Baxış sayı: 48 212

Tarix : 15-12-2016, 08:05

Bölmə : Şirniyyatlar / Peçenye reseptləri

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 20-30

Nəfər sayı : 2-4


Tərkibi:
200 qr kərə yağı (otaq istiliyində)
200 qr pudra şəkəri
200 qr üyüdülmüş fındıq unu
200 qr un

Arası üçün:
Şokolad yağı

Hazırlanması:
Əvvəlcə Sobanı 170 dərəcə nizamında istilədin.
Şəkər tozu və kərəyağını şəkər tozu əriyincəyə qədər çırpın.
Qarışığı sərt bir xəmir əmələ gələnə qədər üyüdülmüş fındıq unu və un qarışdırıb əlavə edin.
Fındıqdan biraz böyük yumrular düzəldin və əl ovucunuzun içiylə basdıraraq yayın
Yağlı kağız sərili soba nimçəsinə fasilələrlə düzün.
Yüngül qızarana qədər 10-15 dəqiqə bişirin. (üzəri çatlamalıdır)
Sobadan alın və soyumağa buraxın.
1 peçenyenin yastı qisiminə şokolad yağını çəkin və digər peçenye ilə birləşdirin.
Digər peçenyelər üçün də eyni əməliyyatı tətbiq edin.
Çay, qəhvə yanında servis edin.

Belə dadlı hazırlanmış yeməkdən sonra çoxlu çirkli yuyulmalı qab qalacaq. Narahat olmayın, Fairy ilə ən yağlı qabların öhtəsindən belə rahatlıqla gələ biləcəksiniz. – Dadlı.az tövsiyə edir!

http://keyfiyyetserfelidir.az/#promo2

Nuş olsun!
Etiketlər: ovucunuzun, qədər, fındıq, üyüdülmüş, çatlamalıdır, üzəri, Sobadan, soyumağa, bişirin, peçenyenin, buraxın, qızarana, nimçəsinə, sərili, kağız, fasilələrlə, düzün, yastı, Yüngül, dəqiqə, qisiminə
BİZİ İZLƏYİN