• Yoqurtlu-pendirli peçenye resepti

Reseptin məlumatları Baxış sayı: 19 062

Tarix : 25-08-2014, 11:00

Bölmə : Şirniyyatlar / Peçenye reseptləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
2 st. un
2 x.q. şəkər pudrası
200 q "Filadelfiya" pendiri
150 q soyudulmuş kərə yağı
200 q az yağlı qatqısız yoqurt (yaxud qatıq)
1/2 ç.q. soda və ya qabartma tozu
duz

Hazırlanması:
2 st. unu şəkər pudrası, duz və sodanı qarışdırın. Peçenye çox şirin olmasın deyə duz əlavə edin: 2 st. una 0,5 ç.q. duz. Bir neçə saat soyuducuda saxladığınız soyuq və bərk kərə yağını unun üzərinə sürtgəcdən keçirin.

"Filadelfiya" pendiri və yoqurtu (qatığı) əlavə edib xəmir yoğurun. Xəmir əlinizə yapışmayacaq hala gələnədək yoğurun. Hazır xəmiri 2 saat soyuducuda saxlayın.

Xəmiri 6 mm qalınlıqda yayın, xüsusi formalarla peçenyelər kəsin (yaxud xörək qaşığı ilə siniyə qoyub qaşığın köməyilə forma verin).

Yağlanmış siniyə bir-birindən 4-5 sm aralı düzün. 200 dərəcə qızdırılmış sobada 15 dəqiqə, qəhvəyi-qızılı rəng alanadək bişirin.

Nuş olsun!
Etiketlər: yaxud, siniyə, yoğurun, əlavə, soyuducuda, Filadelfiya, pudrası, pendiri, şəkər, qoyub, qaşığın, qaşığı, köməyilə, peçenyelər, yayın, qalınlıqda, xüsusi, formalarla, kəsin, forma
BİZİ İZLƏYİN