• Mutaki resepti

Reseptin məlumatları Baxış sayı: 60 694

Tarix : 11-08-2017, 19:00

Bölmə : Şirniyyatlar / Peçenye reseptləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
Xəmir:
5 st un
250 qr yağ
200 xama
1 ədəd yumurta
0.5 ç.q. soda
vanil

İçlik:
qoz
ləpəsi
şəkər tozu

Üzəri üçün:
şəkər pudrası

Hazırlanması:
İlk öncə xəmir üçün un və yağı umac edirik. Sonra üzərinə yumurta, soda, vanil və xama əlavə edib, xəmir yoğururuq. Xəmiri 35-45 dəqiqə gözlətdikdən sonra 4 ədəd kündəyə ayırıb, yayırıq. Yayılmış xəmirdən üçbucaq formalı hissələr kəsirik və hər hissəyə içlik qoyub, bükürük. Əvvəlcədən qızdırılmış 170 dərəcə istilikli sobada altı qızarana kimi bişiririk. Soyuduqdan sonra üzərinə şəkər kirşanı səpərək süfrəyə verə bilərsiniz.

Nuş olsun!
Etiketlər: şəkər, xəmir, sonra, üzərinə, yumurta, vanil, Əvvəlcədən, kəsirik, qızdırılmış, bükürük, qoyub, içlik, dərəcə, hissəyə, sobada, kirşanı, səpərək, bilərsiniz, Soyuduqdan, bişiririk
BİZİ İZLƏYİN