• Dadlı, ləzzətli cemli, kakoslu qurabiyə resepti

Reseptin məlumatları Baxış sayı: 5 136

Tarix : 22-08-2017, 19:00

Bölmə : Şirniyyatlar / Peçenye reseptləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
Xəmir üçün:
2 ədəd yumurta,
1 st. şəkər tozu,
yarım st. biraz çox ərinmiş kərə yağı,
1 ç.q. nişasta,
3 x.q. qatıq,
0.5 ç.q. soda,
4 st un,
kakao

Üzəri üçün:
cem, kakos

Hazırlanması:
Əvvəlcə un və yağı “vençiklə” qarışdırırıq. Üzərinə yumurta, şəkər tozu, qatıq, nişasta və soda əlavə edib, ələ yapışmayan xəmir yoğururuq. Diqqət etmək lazımdır ki, xəmir nə bərk, nə də yumuşaq olmasın.

Xəmiri iki hissəyə ayırıb, birinə kakao tökürük. Yayıb, gül fiquru ilə kəsirik. 180 dərəcə istilikli sobada 15 dəqiqə bişiririk. Bişdikdən sonra üzərinə cem çəkib, kakosa batırırıq.

Nuş olsun!
Etiketlər: kakao, xəmir, qatıq, nişasta, yumurta, şəkər, kəsirik, tökürük, dərəcə, fiquru, Yayıb, ayırıb, birinə, istilikli, Bişdikdən, çəkib, kakosa, batırırıq, üzərinə, sonra
BİZİ İZLƏYİN