• Dadı da görünüşü kimi gözəl olan şaftalı şirniyyatı resepti

Reseptin məlumatları Baxış sayı: 22 141

Tarix : 10-08-2017, 17:00

Bölmə : Şirniyyatlar / Peçenye reseptləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
200 qr yağ,
4 x.q. qatıq,
2 ədəd yumurta,
1 st şəkər tozu,
un(apardığı qədər),
1 paket qabartma tozu,
1 paket vanil

İç üçün:
qatılaşdırılmış süd

Üzəri üçün:
qıda boyası,
şəkər tozu

Hazırlanması:
İlk öncə yumurta və şəkər tozunu qarışdırırıq. Üzərinə un, vanil və qabartma tozu əlavə edib, çuxur yaradırıq. Son olaraq qatıq və yağ töküb, xəmir yoğururuq. Xəmiri özünə gəlməsi üçün 10-15 dəqiqə dinləndirdikdən sonra, eyni bərabərdə kündələr tuturuq. Soba qabına düzüb,180 dərəcə istilikdə bişiririk.

Bişdikdən sonra içini oyaraq, qatılaşdırılmış süd yerləşdirib, ikisini bir-birinə birləşdiririk. Son olaraq qida boyası ilə rəngləndirilmiş suya salıb, şəkər tozuna bulayırıq.

Nuş olsun!
Etiketlər: şəkər, vanil, boyası, qatıq, qabartma, olaraq, qatılaşdırılmış, sonra, paket, yumurta, bişiririk, Bişdikdən, istilikdə, dərəcə, içini, qabına, düzüb, tuturuq, birinə, salıb
BİZİ İZLƏYİN