• Yağsız, unsuz, 3 ərzaqla hazırlanan şirniyyat resepti

Reseptin məlumatları Baxış sayı: 32 846

Tarix : 11-08-2017, 17:00

Bölmə : Şirniyyatlar / Peçenye reseptləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
1 su st. fındıq
0.5 su st. pudra şəkəri
1 ədəd yumurta ağı

Hazırlanması:
İlk öncə fındıqları blendrdən un halını alana qədər keçiririk. Üzərinə pudra şəkəri və yumurtanın ağını əlavə edib, blendrdə xırdalamağa davam edirik. Xəmir halına gələn bu qarışımdan ya əlimizlə ya da qaşıq köməkliyi ilə kiçik toplar düzəldirik. Soba qabına falqa kağızı sərib, hazır olan topları üzərinə düzürük. Əvvəlcədən 170 C dərəcədə qızdırılmış sobada 7-8 dəq bişiririk.

Nuş olsun!
Etiketlər: pudra, şəkəri, qabına, falqa, kağızı, düzəldirik, kiçik, qaşıq, köməkliyi, sərib, toplar, topları, qızdırılmış, sobada, bişiririk, dərəcədə, Əvvəlcədən, əlimizlə, üzərinə, düzürük
BİZİ İZLƏYİN