• Dadlı, ləzzətli qozlu burma resepti

Reseptin məlumatları Baxış sayı: 41 841

Tarix : 12-08-2017, 21:00

Bölmə : Şirniyyatlar / Peçenye reseptləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
Xəmir üçün:
1 st süd,
150 qr kərə yağı,
2 ç.q. maya,
100 qr xama
1 x.q. şəkər tozu,
bir çimdik duz,
bir çimdik sarıkök,
3 ədəd yumurta (ikisinin sarısı üzərinə), 4-5 st un,
duru yağ(xəmir yoğurmaq üçün)

İçlik üçün:
2 st çəkilmiş qoz,
1.5 st şəkər tozu,
hil

Üzəri üçün:
yumurta sarısı,
1 x.q. duru yağ

Hazırlanması:
Əvvəlcə ilıq südə şəkər tozu və maya əlavə edib, 5 dəqiqə saxlayırıq. Sonra xəmir üçün qeyd olunmuş qalan ərzaqlarla birlikdə yumşaq xəmir yoğururuq. Qabı büküb, isti yerdə 1-2 saat saxlayırıq.
Xəmir acıqdıqdan sonra bərabər ölçülü kündələr tutub, yayırıq. Yaydığımız hər kündəni 8 hissəyə bölüb, 1 x.q. içlik yerləşdirərək bükürük. Bütün xəmiri bu qayda ilə hazırladıqdan sonra soba qabında düzüb, 30 dəqiqə gözlədirik. Son olaraq yumurta sarısına 1 x.q. duru yağ əlavə edib, burmaların üzərinə çəkirik. Əvvəlcədən qızdırılmış 180 dərəcə istilikli sobada üstü qızarana kimi bişiririk.

Nuş olsun!
Etiketlər: yumurta, şəkər, xəmir, əlavə, dəqiqə, sonra, Xəmir, saxlayırıq, üzərinə, çimdik, sarısı, qayda, hazırladıqdan, bölüb, qabında, xəmiri, bişiririk, bükürük, Bütün, düzüb
BİZİ İZLƏYİN