• Şəkərçörək resepti

Reseptin məlumatları Baxış sayı: 17 392

Tarix : 13-09-2017, 12:00

Bölmə : Şirniyyatlar / Peçenye reseptləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
500 qr un
200 qr ərinmiş yağ
300 qr qənd tozu
20 qr maya
1 ədəd yumurta
0.3 qr hil

Hazırlanması:
İlk öncə yumurtanın ağını ayırıb, mayanı yumurtanın ağında əridirik. Üzərinə ərinmiş yağ töküb, bir qədər qarışdırırıq. Sonra qənd tozu əlavə edib, 20-25 dəqiqə çalırıq. Un töküb, xəmir alınanadək qarışdırırıq.
Yumşalmış xəmirdən xırda-xırda yumru formada hissələr ayırıb, listə düzürük. Üzərinə yumurta sarısı çəkib, öncədən 175-180 dərəcədə qızdırılmış sobada 20-25 dəqiqə bişiririk.
*Qeyd. Şəkərçörəkləri elə bişiririk ki üzü qızarmasın.

Nuş olsun!
Etiketlər: bişiririk, Üzərinə, töküb, ərinmiş, qarışdırırıq, xırda, yumurta, yumurtanın, dəqiqə, ayırıb, sarısı, listə, hissələr, çəkib, düzürük, qızdırılmış, Şəkərçörəkləri, qızarmasın, sobada, formada
BİZİ İZLƏYİN