• Südlü korjik resepti

Reseptin məlumatları Baxış sayı: 108 473

Tarix : 13-09-2014, 20:00

Bölmə : Şirniyyatlar / Peçenye reseptləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
400 q un
200 q şəkər tozu
100 q marqarin
1 yumurta
80 ml süd
10 q qabartma tozu
0,2 q vanil

Hazırlanması:
Yumşaldılmış marqarini və ya kərə yağını şəkər tozu ilə çalın. Yumurta, süd və qabartma tozu, vanil əlavə edin.

Un əlavə edib əlüstü yumşaq xəmir yoğurun.

Xəmiri 6-7 mm qalınlıqda yayın.

Keks formalarının köməyilə korjiklər kəsin.

Siniyə yığıb 180 dərəcə qızdırılmış sobada 15 dəqiqə bişirin.

Üzəri qızardısa, deməli, bişib, bundan artıq bişirməyin - bərk olacaq.

Nuş olsun!
Etiketlər: vanil, qabartma, əlavə, şəkər, dəqiqə, sobada, bişirin, qızdırılmış, yığıb, kəsin, Siniyə, Üzəri, dərəcə, deməli, bişirməyin, olacaq, olsun, artıq, bundan, korjiklər
BİZİ İZLƏYİN