• Şərqsayağı blini resepti

Reseptin məlumatları Baxış sayı: 5 162

Tarix : 22-02-2018, 12:00

Bölmə : Peçenye reseptləri / Xəmir işləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
Un – 1.5 stəkan
İlıq su – 1.5 stəkan
Maya – ¼ ç.q
Şəkər tozu – 4 x.q (+ 1 ç.q xəmir üçün)
Duz – 1 çimdik
Qoz – 1 stəkan
Darçın – 1 ç.q
Ərinmiş kərə yağı – 1/3 stəkan

Hazırlanması:
Xəmir üçün ayrı qabda ¼ stəkan su, maya və 1 ç.q şəkər tozunu qarışdırın. Daha sonra başqa qaba unu, qalan suyu, maya qarışımını və duzu əlavə edin. Bütün əlavə olunmuş inqrediyentləri yaxşı qarışdırdıqdan sonra xəmiri isti yerdə 1 saat saxlayın.
Daha sonra tavanı isidib yağlayın, xəmiri qarışdırın və sizə uyğun ölçüdə blinilər hazırlayın. Onları 1 tərəfli qızartmaq lazımdır (üst hissəsi quruyana kimi bişirin).
Daha sonra içlik üçün qoz, şəkər tozu (4 stəkan) və darçını qarışdırın. İçlik hazır olduqdan sonra blinilərə əlavə edib qutab formasında bükün. Daha sonra onların hər 2 tərəfinə biraz yağ çəkib sobada hər 2 tərəfini 10 dəqiqə olmaqla bişirin (180 dərəcə).

Nuş olsun!
Etiketlər: sonra, stəkan, qarışdırın, əlavə, şəkər, bişirin, xəmiri, içlik, darçını, hazır, İçlik, hissəsi, qızartmaq, tərəfli, lazımdır, dərəcə, olduqdan, quruyana, blinilərə, tərəfinə
BİZİ İZLƏYİN