• Makarun (şirniyyat) resepti

Reseptin məlumatları Baxış sayı: 16 090

Tarix : 29-04-2018, 12:00

Bölmə : Şirniyyatlar / Peçenye reseptləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
•100 qr. şəkər pudrası
•50 qr. badam (qabıqsız)
•15 qr. şəkərsiz kako
•2 yumurtanın ağı
•65 qr. şəkər tozu

Şokoladlı sous üçün:
•113 qr. bitter şokolad
•30 qr. kərəyağı
•1/2 su stəkanı qaymaq

Hazırlanması:
1. Qaymağı qazana əlavə edib qaynama həddinə çatana qədər isidin.
2. Şokolad parçalarını da əlavə edib əriyənə qədər qarışdırın və soyumağa başlayanda kərəyağını da qarışdırın.
3. Şokoladı soyuması uçun kənara qoyun.Şəkər pudrası,kakao və badamı mətbəx robotunda un halina gətirin.
4. Yumurta ağlarını mikserin orta sürətində çırpın,sonra sürəti artıraraq 5 xörək qaşığı şəkər tozu əlavə edin.
5. Hamar bir hala gələnə qədər çırpmaya davam edin və kakaolu qarışığın yarısını əlavə edib taxta qaşıqla qarışdırın.
(P.S: əgər xəmirinizin rəngli olmasını istəyirsinizsə hazırlayarkən içinə qida boyası əlavə edin)
6. Xəmiri sıxma torbasına töküb yağlı kağız sərilmiş soba qabına aralıqlı olaraq sıxın.
7. Soba qabını stola bir neçə təfə yavaşca vurun.
8. Bundan sonra makaronların üzəri bir az quruyana qədər,təxmini 1saat gözləyin.
9. Əvvəlcədən 175 dərəcədə isidilmiş sobada 10 dəqiqə bişirin.
10. Pişən iki makaron arasına hazırladığınız şokoladlı sousu çəkərək bir-birinə yapıştırın.

Nuş olsun!
Etiketlər: əlavə, qədər, şəkər, qarışdırın, sonra, pudrası, töküb, yağlı, qabını, kağız, sərilmiş, olaraq, aralıqlı, torbasına, qabına, sıxın, Xəmiri, rəngli, xəmirinizin, qaşıqla
BİZİ İZLƏYİN