• Woopie qurabiyə resepti

Reseptin məlumatları Baxış sayı: 3 967

Tarix : 29-12-2018, 12:00

Bölmə : Şirniyyatlar / Peçenye reseptləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox

Şef / Mənbə : mnurun


Tərkibi:
100 qr kərə yağı
1 st şəkər tozu
1 ədəd yumurta
1 st süd
1 x.q. limon suyu
1 ç.q. qabartma tozu
2,5 st un
3 x.q. kakao

İçlik üçün:
1 paket krem şanti
1.5 st süd

Hazırlanması:
İçlik üçün krem şanti və südü birlikdə mikserlə çalırıq və soyuducuda saxlayırıq.
Keks üçün südü biraz isidib, limon suyu əlavə edirikş və 30 dəq. gözlədirik. Digər tərəfdə kərə yağı və şəkər tozunu krem halına gələnə kimi çalırıq. Üzərinə yumurta töküb, çalmağa davam edirik. Sonra bu qarışımı süd qarışımına töküb, un, kakao və qabartma tozu da əlavə edrərək qarışdırırıq. Hazır olmuş qarışımı sobada 170 dərəcədə 10 dəqş bişiririk.
Sonra soyuducudan çıxardığımız kremi arasına çəkirik. Üzərinə əridilmiş şokolad töküb, soyuducuda dondurduqdan sonra süfrəyə verə bilərik.

Nuş olsun!
Etiketlər: töküb, əlavə, soyuducuda, Üzərinə, yumurta, qarışımı, Sonra, çalırıq, şəkər, kakao, limon, İçlik, qabartma, şanti, soyuducudan, çıxardığımız, bişiririk, dərəcədə, Hazır, olmuş
BİZİ İZLƏYİN