• Oladilər resepti

Reseptin məlumatları Baxış sayı: 3002

Tarix : 30.09.2018, 12:00

Bölmə : Şirniyyatlar » Peçenye reseptləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox

Şef / Mənbə : bahasun


Tərkibi:
1 st. qatıq
1 st. un
1 yumurta
1 x.q. şəkər tozu
1 x.q. bal
3 x.q. bitki yağı
Çay qaşığın ucunda çay sodası
Qızartmaq üçün bitki yağı

Hazırlanması:
1.Yumurtanı şəkər tozu ilə yaxşı çırpın.
2.İçinə qatıq, bak, bitki yağı əlavə edin və qarışdırın.
3.İçinə ələnmiş unu əlavə edin və tam həll olana kimi qarışdırın.
4.Çay sodası əlavə edin və qarışdırın.
5.Tavaya az bitki yağı tökün və qızdırın.
6.İki xörək qaşığın köməyi ilə tavaya qoyun və 3 dəqiqə bağlı qapaqla qızardın. Atəş orta olmalıdır.
7.Oladini çevirin və 3 dəqiqə qızardın.

Nuş olsun!

mənbə: Günel Bahasun (instagram)


Etiketlər: bitki, qarışdırın, əlavə, sodası, dəqiqə, İçinə, qaşığın, şəkər, qızardın, qatıq, tavaya, köməyi, qoyun, olmalıdır, çevirin, olsun, Oladini, xörək, qapaqla, bağlı
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
  • İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
BİZİ İZLƏYİN