• Limonlu və qozlu peçenye resepti

Reseptin məlumatları Baxış sayı: 4 227

Tarix : 30-10-2018, 12:00

Bölmə : Şirniyyatlar / Peçenye reseptləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
3,5 su stəkanı un
0,5 su stəkanı mannı yarması
1 çay q.hindistan çevizi
100 qram şit yağ
2 xörək q. yoqurt
2 xörək q. şəkər kirşanı
2 yumurta
1 paket vanil
1 paket qabartma tozu
1 dənə limon

İç üçün:
200 qram qoz

Şərbət üçün:
3,5 su stəkanı şəkər
3 su stəkanı su
1 xörək q. limon suyu

Hazırlanması:
Limonun qabığını sürgəcdən keçirin.
Bir qab götürün unu, hindistan çevizini, yumşalmış yağı, yoqurtu, şəkər kirşanını yumurtanı, qabartma və vanili, limonun qabığını qarışdırıb əllə xəmir yoğurun.
İki hissəyə bölün.
Yağlı qida kağızında 2 sm qalınlığında yayın.
Yayılmış xəmirləri stəkanın ağzı ilə dairə formasında kəsin.
Dairələrdən yarısını ortadan şüşə qapaqla kəsərək ortasını çıxarın.
Bütöv dairələrdən gütürüb üstünə ortası deşik dairəni qoyun. Qozu 2 yer bölün və ortası deşik dairələrin üstünə yerləşdirin.
Sobanı əvvəlcədən 180 dərəcə qızdırın. Soba listinə yağlanmış qida kağızı qoyun və hazırladığınız peçenyeləri 30 dəqiqə üstləri qızaranadək bişirin.
Şərbəti hazırlamaq üçün şəkər su və limonun şirəsini bir qaba tökün və odda qaynayana qədər qarışıdırln.
Qaynadıqda kənara qoyun.
Bir az soyuduqdan sonra bişmiş peçenyelərin üstünə gəzdirərək tökün.
Soyuduqdan sonra servis edə bilərsiniz.

Nuş olsun!
Etiketlər: şəkər, stəkanı, xörək, qoyun, üstünə, ortası, limon, tökün, qabartma, limonun, bölün, qabığını, sonra, hindistan, deşik, paket, listinə, yağlanmış, kağızı, qızdırın
BİZİ İZLƏYİN