• Damla şokoladlı qurabiyə resepti

Reseptin məlumatları Baxış sayı: 3 188

Tarix : 21-12-2018, 12:00

Bölmə : Şirniyyatlar / Peçenye reseptləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox

Şef / Mənbə : fly_quit


Tərkibi:
100 qr yumuşaq marqarin,
1.5 su st. şəkər pudrası,
1 ədəd yumurta (böyük),
1 çay st. duru yağ,
2-3 su st. un,
1 paket vanil,
1 paket qabartma tozu,
150 qr damla şokolad

Hazırlanması:
Əvvəlcə şəkər pudrası və marqarini qatılaşana kimi mikserlə çalırıq. Digər ərzaqları da əlavə edib, xəmir yoğururuq. Xəmiri 15 dəqiqə soyuducuda gözlətdikdən sonra dondurma qaşığı ilə götürərək, soba qabına düzürük. Üzərindən basıb, qurabiyə forması veriririk. Əvvəlcədən qızdırılmış 180 dərəcə istilikli sobada 15 dəqiqə bişiririk.

Nuş olsun!
Etiketlər: paket, pudrası, şəkər, dəqiqə, düzürük, götürərək, qabına, qaşığı, dondurma, soyuducuda, gözlətdikdən, sonra, Üzərindən, forması, istilikli, sobada, bişiririk, dərəcə, qızdırılmış, qurabiyə
BİZİ İZLƏYİN