• Pendirli xırt-xırt peçenye resepti

Reseptin məlumatları Baxış sayı: 15 732

Tarix : 19-09-2014, 16:00

Bölmə : Şirniyyatlar / Peçenye reseptləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
200 q “Qauda” pendiri
200 q un
200 q kərə yağı
1 yumurta
1 çimdik ətirli istiot (ağ)
2 x.q. süd
zirə, küncüt, xaş-xaş - istəyə görə

Hazırlanması:
Unu lövhənin üstə ələyin. Üstünə sürtgəcdən keçirilmiş pendir, xırda doğranmış kərə yağı, yumurta və ədviyyat əlavə edib xəmir yoğurun. Plyonkaya büküb dondurucu kamerada 15 dəqiqə saxlayın.

Un səpilmiş masanın üstündə xəmiri 0,5 sm qalınlıqda yayın. Müxtəlif formada peçenyelər kəsib siniyə düzün.

Yumurtanın sarısını qaymaq və ya südlə çalın. Peçenyelərin üstünə çəkin, üzərinə küncüt, xaş-xaş və s. səpin. Sobada 200 dərəcə C-də 10-12 dəqiqə, üstü qızaranadək bişirin.

Bu peçenye bağlı qutuda 3 həftə saxlana bilir.

Nuş olsun!
Etiketlər: küncüt, yumurta, dəqiqə, sarısını, Yumurtanın, qaymaq, südlə, Peçenyelərin, çalın, düzün, siniyə, peçenyelər, formada, kəsib, yayın, üstünə, Müxtəlif, üzərinə, qutuda, bağlı
BİZİ İZLƏYİN