• Kəsmikli qat-qat qurabiyə resepti

Reseptin məlumatları Baxış sayı: 26 815

Tarix : 23-09-2014, 16:00

Bölmə : Şirniyyatlar / Peçenye reseptləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
400 q mayasız qat-qat xəmir
400 q kəsmik
3-4 x.q. şəkər tozu
1/3 ç.q. vanil
1 yumurta
1-2 x.q. xama
kişmiş

Üzərinə:
yumurta
şəkər pudrası və küncüt

Hazırlanması:
Kəsmik, yumurta, xama, vanil, isti suya salınıb qurudulmuş kişmişi qarışdırın.

Xəmirin donunu açın, 2 yerə bölün.

15x35 sm ölçüdə dördbucaqlı yayın. İçin yarısını üzərinə çəkin (kənarlarında yer saxlayın).

Rulet kimi bükün, kənarlarını bitişdirin, sonra "tikişi" üzüaşağı olmaqla çevirin. 3-4 sm enində dilimləyin.

İkinci kündəni də eyni qaydada hazırlayın.

Qurabiyələri içinə perqament döşənmiş siniyə düzün, üzərinə yumurta çəkin, küncüt səpin (xaş-xaş, darçın, şəkər tozu da səpə bilərsiniz). 200 dərəcə qızdırılmış sobada qızılı rəng alanadək bişirin. Soyudun, üzərinə şəkər pudrası səpin.

Nuş olsun!
Etiketlər: şəkər, yumurta, üzərinə, pudrası, çəkin, küncüt, səpin, vanil, Soyudun, olsun, qaydada, hazırlayın, Qurabiyələri, kündəni, dilimləyin, olmaqla, üzüaşağı, çevirin, enində, içinə
BİZİ İZLƏYİN