• Şokoladlı sürpriz peçenye resepti

Reseptin məlumatları Baxış sayı: 45 246

Tarix : 31-05-2014, 19:04

Bölmə : Şirniyyatlar / Peçenye reseptləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
3 su stəkanı un
1 paket marqarin
Bir yarım su stəkanı pudra şəkəri
1 ədəd yumurta ağı
Yarım paket vanil
1 paket bitter şokolad (80 qram)

Bəzəmək üçün:
3 xörək qaşığı hazır şokolad sousu

Hazırlanması:

Un, marqarin, pudra şəkəri, yumurta ağı və vanili qarışdırıb yoğurun. Hazırladığınız xəmiri nəmli bir bezə bükərək 15 dəqiqə gözlədin. Daha sonra xəmiri bir oxlov ilə yarım santimetr qalınlığında açın. Bir stəkan ağızı ilə xəmirdən yumru parçalar kəsin. Şokoladı bir bıçaqla kiçik parçalara ayırın. Xəmirdən kəsdiyiniz parçaların ortasına, şokolad parçalarından bir neçə dənə qoyub kənarlarını bağlanın. Bir soba qabına yağlı kağız yayıb peçenyeləri üzərinə düzün. Əvvəldən isidilmiş 180 dərəcə sobada 15 dəqiqə bişirin. Sobadan çıxardıqdan sonra servis qabına qoyub soyudun və üzərlərinə şokolad sousu gəzdirib servis edin.

Nuş olsun!
Etiketlər: şokolad, paket, sonra, xəmiri, qoyub, sousu, qabına, servis, dəqiqə, marqarin, stəkanı, yumurta, yarım, pudra, şəkəri, yağlı, yayıb, kağız, ortasına, kəsdiyiniz
BİZİ İZLƏYİN