• Umentaşi resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 16 991

Tarix : 24-09-2014, 15:00

Bölmə : Peçenye reseptləri / Foto reseptlər

Mətbəx : Asiya mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Bu maraqlı və dadlı təam yəhudi mətbəxinə aiddir.

Tərkibi:
Xəmir üçün:

1 portağalın sedrası
200 q kərə yağı
0,5 st. şəkər tozu
0,5 ç.q. qabartma tozu
1 yumurta
2,5 st. un (+1 st.)

İç üçün:
1 limonun sedrası
1,5 st. süd
1 st. şəkər tozu
2 x.q. bal
3 x.q. kərə yağı
400 q xaş-xaş

Hazırlanması:
Portağalı yuyub sedrasını çıxarın (qabığını sürtgəcdən keçirin, çalışın, ağ hissələrini çərtməyəsiniz, xəmirə acılıq verəcək). 200 q kərə yağını 0,5 st. şəkər tozu ilə yaxşıca qarışdırın. Sedra, 0,5 ç.q. qabartma tozu, 1 yumurta, 2,5 st. ələnmiş un əlavə edərək qarışdırın. Masanın üstünə azca un səpin və xəmiri orada yoğurmağa başlayın. Xəmir ələ yapışmamalıdır. Xəmiri 3 yerə bölüb gəlməsi üçün 15-20 dəqiqə saxlayın.

Bu arada içi hazırlayın. Limonu yuyub qurulayın, sedrasını çıxarın. Qazançada 1,5 st. südü qızdırın, 1 st. şəkər tozu, 2 x.q. bal, 3 x.q. kərə yağı əlavə edin, qaynara düşəndə 400 q xaş-xaş əlavə edin. Vam odda 15 dəqiqə bişirin. Ocaqdan götürün, sedra əlavə edib, soyudun.

Xəmiri 3-4 mm qalınlıqda yayın, 7-8 sm diametrli dairələr kəsin. Hər dairənin ortasına 1 ç.q. iç qoyun. Sonra üçbucaq kimi (şəkildə gördüyünüz qaydada) bükün. Ortasında deşik saxlayın.
Sinini kərə yağı ilə yağlayıb umentaşiləri içinə düzün.

180 dərəcə qızdırılmış sobada təxminən 20 dəqiqə bişirin.

Xaş-xaşın bir hissəsini kişmiş, yaxud xırda doğranmış qara gavalı ilə əvəz edə bilərsiniz.
Umentaşi resepti - FOTO RESEPT

Umentaşi resepti - FOTO RESEPT

Umentaşi resepti - FOTO RESEPT

Umentaşi resepti - FOTO RESEPT

Umentaşi resepti - FOTO RESEPT

Umentaşi resepti - FOTO RESEPT

Umentaşi resepti - FOTO RESEPT



Nuş olsun!

Etiketlər: şəkər, əlavə, dəqiqə, yuyub, bişirin, sedrasını, qarışdırın, Xəmiri, yumurta, çıxarın, saxlayın, qabartma, Xəmir, sedrası, qoyun, ortasına, dairənin, Sonra, şəkildə, qaydada
BİZİ İZLƏYİN