• Qozlu peçenye resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 22 014

Tarix : 28-09-2014, 10:00

Bölmə : Peçenye reseptləri / Foto reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
180 q qəhvəyi şəkər (adi şəkər də olar)
60 q ərinmiş kərə yağı
100 q araxis yağı
2 yumurta
240 q un
1 ç.q. qabartma tozu
1/4 ç.q. duz
150 q qoz
50 q şokolad (acı və ya südlü)
Qozlu peçenye resepti - FOTO RESEPT


Hazırlanması:
Araxis yağını, kərə yağını, şəkər tozu və yumurtaları mikserlə çalın.
Qozlu peçenye resepti - FOTO RESEPT

Qozlu peçenye resepti - FOTO RESEPT


Qozu və şokoladı xırdalayın.
Qozlu peçenye resepti - FOTO RESEPT


Unu duz və qabartma tozu ilə birlikdə ələkdən keçirin, yağlı-yumurtalı qarışığa əlavə edərək çalın.
Qozlu peçenye resepti - FOTO RESEPT


Qoz və şokolad əlavə edin, qarışdırın.
Qozlu peçenye resepti - FOTO RESEPT


Sinini (24x24 sm) yağlayıb, perqament döşəyin (bu, perqamentin sürüşməməsi üçündür). Xəmiri perqamentin üzərinə yayın, hamarlayın.
Qozlu peçenye resepti - FOTO RESEPT


200 dərəcə qızdırılmış sobada 25-30 dəqiqə bişirin. Bişib-bişmədiyini diş və ya kibrit çöpü ilə yoxlayın.

Soyudun, doğrayın.
Qozlu peçenye resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: şəkər, əlavə, yağını, qabartma, çalın, şokolad, perqamentin, yayın, perqament, üzərinə, hamarlayın, Xəmiri, dərəcə, üçündür, sürüşməməsi, döşəyin, dəqiqə, yoxlayın, Soyudun, doğrayın
BİZİ İZLƏYİN