• Nanəli şokoladlı peçenye resepti

Reseptin məlumatları Baxış sayı: 661

Tarix : 9.05.2018, 20:00

Bölmə : Şirniyyatlar » Peçenye reseptləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox




Tərkibi:
150 qr. tünd şokolad;
45 qr. kərə yağı;
240 qr. buğda unu;
45 qr. kakao tozu;
1 çay qaşığı qabartma tozu;
2 çimdik duz;
180 qr. şəkər tozu;
2 ədəd yumurta;
80 qr. şəkər kirşanı;
10 nanə budağı

Hazırlanması:
İlk növbədə şokoladı dərin qabda üstü bağlı şəkildə əridin. Şokolad əridilən zaman üstünə kərə yağı ələvə edin və qarışdırın. Əriyəndən sonra isə bir az soyudun. 10-15 budaq təzə nanəni yaxşıca yuyun və salfetlə qurudun. Nanənin yarpaqlarını budaqdan ayırıb istifadə edin. 100 qr. şəkər tozu və nanəni blenderdə əzin. Ayrı qaba ələkdən keçirdiyiniz unu töküb kakao, duz, qabartma tozu, artıq qalan şəkəri ələvə edin və qarışdırın. Dərin qabda yumurtaları çalıb şokolada ələvə edin və yaxşıca qarışdırın. Nanə qarışımını şokolada ələvə edin, üstünə isə az-az un töküb qarışdırın. Qarışım artıq yavaş-yavaş xəmir konsistensiyasına çevriləcək. Xəmir hazır olandan sonra qida plyonkası ilə üstünü örtüb 60 dəqiqə soyuduca saxlayın. Soyuducudan çıxarandan sonra xəmiri doğrayın və yumrulayın, şəkər kirşanına batırın. Axırda isə 180 dərəcəlik sobada 20-30 dəqiqə bişirin.

Nuş olsun!

Etiketlər: qarışdırın, şəkər, ələvə, sonra, dəqiqə, şokolada, yavaş, üstünə, qabda, yaxşıca, nanəni, qabartma, töküb, kakao, artıq, çevriləcək, hazır, Xəmir, Qarışım, yumurtaları
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəng seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoyler
BİZİ İZLƏYİN