• Novruzun ləziz təamı Lənkəran partlaması resepti

Reseptin məlumatları Baxış sayı: 17 103

Tarix : 3-03-2018, 23:30

Bölmə : Peçenye reseptləri / Xəmir işləri

Mətbəx : Talış mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
1 kq un
200 qr yağ
1 ədəd yumurta
1 armudu stəkan xama
5 qr maya
duz
su

İçlik üçün:
500 qr yağ
500 qr şəkər kirşanı
bir qədər un
1 ədəd yumurta
Üzəri üçün yumurta sarısı

Hazırlanması:
Xəmiri hazırlamaq üçün bir qaba un,yağ, yumurta, xama ,maya duz və su töküb xəmir yoğurun. Xəmiri 1 saatlıq kənara acımağa qoyun.

İçliyi hazırlamaq üçün yağ, şəkər kirşanı, un və yumurtanı dayanmadan təxminən 1 saat qarışdırın. Xəmiri qoz böyüklüyündə kündələyin və oxlovla yüngülcə dairəvi yayın. Yayılmış xəmirin orta hissəsinə içlikdən bolca qoyun və xəmiri bağlayıb yuvarlayın. Daha sonra ikinci yayılmış xəmiri də üstünə bükün və yuvarlayın. Üzərinə təzə daraqla və ya diş çöpüylə bəzək vurun və yumurta sarısı çəkin. Zövqə görə xəmirə xırda qoz batırın. Siniyə düzün və əvvəlcədən 180 dərəcə qızdırılmış sobada 25-30 dəqiqə bişirin. Bişdikdə xəmir partlayıb içlik çölə çıxır.

Nuş olsun!
Etiketlər: yumurta, Xəmiri, xəmiri, xəmir, yuvarlayın, qoyun, sarısı, hazırlamaq, kirşanı, şəkər, vurun, ikinci, sonra, çəkin, Zövqə, bəzək, çöpüylə, yayılmış, xəmirə, Üzərinə
BİZİ İZLƏYİN