• Badambura resepti

Reseptin məlumatları Baxış sayı: 7 096

Tarix : 3-03-2018, 23:45

Bölmə : Peçenye reseptləri / Xəmir işləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
Xəmiri üçün:
900 qr un
200 q kərə yağı
2 xörək qaşığı xama
3 ədəd yumurta
1 çay qaşığı toz maya
apardığı qədər süd

İçlik üçün:
500 qr badam ləpəsi
500 qr şəkər tozu
1/4 çay qaşığı hil

Ara qatı yağlamaq üçün:
400-450 qr əridilmiş kərə yağı

Hazırlanması:
İlk öncə bir qabda südü qızdırın yağı da əridin. Mayanı ilıq süddə qarışdırıb 5-10 dəqiqə kənarda saxlayın.Unun orta hissəsinə yumurta, maya, süd, yağ və xamanı əlavə edib yumşaq xəmir yoğurun. Xəmiri 2 saat acımağa qoyun.

İçlik üçün qabığı soyulub təmizlənmiş badam ləpəsinin tavada yüngül qovurun. Soyuyan ləpəni qoz çəkən maşından keçirin. Çəkilmiş badama şəkər tozu və hil əlavə edib qarışdırın.

Xəmirdən 10 ədəd kündə düzəldin. Kündənin birini götürüb unlayıb oxlovla nazik yuxa yayırıq. Yuxanı əllə dartıb böyüdün və yağlayın. Bu qayda ilə kündələri yayıb yağlayın.Yağlanmış və üst- üstə yığılmış yuxaları rulet formasında bükün. Bükdüyünüz yuxaları 3 sm enində kəsin. Kəsilmiş bir lenti götürüb əlinizlə içini oval formada açın. İçinə 2 çay qaşığı içliktən qoyub bükün. Yağlı kağız sərilmiş soba sinisinə badamburaları bükülən tərəfi aşağı olmaqla düzün. Qurumasın deyə üstünə sellofan sərin. Badamburaları əvvəlcədən 170-180 dərəcə qızdırılmış sobada 20-25 dəqiqə bişirin. Bişirərkən badamburaların üzü qızarmamalıdır,ağ qalmalıdır. Bişmiş badamburaların üzərinə pudra şəkəri səpib süfrəyə verin.

Nuş olsun!
Etiketlər: qaşığı, yuxaları, şəkər, bükün, götürüb, dəqiqə, badam, əlavə, badamburaların, yumurta, yağlayın, Xəmiri, İçlik, içliktən, formada, qoyub, İçinə, kağız, badamburaları, sinisinə
BİZİ İZLƏYİN