• Duzlu, içli kurabiyyə resepti

Reseptin məlumatları Baxış sayı: 4 219

Tarix : 27-01-2019, 12:00

Bölmə : Şirniyyatlar / Peçenye reseptləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
3 su stəkanı un (500 qram),
1 ədəd yumurta,
200 qram kərə yağı,
2 şorba qaşığı maye yağ,
1 paket qabartma tozu,
2 şorba qaşığı qatıq(125 qram),
1 şirniyyat qaşığı toz şəkər (10 qram),
1 şirniyyat qaşığı duz (12 qram),
1 şirniyyat qaşığı qarışıq ədviyyat ,

Hazırlanması:
Yumuşalmış kərə yağını, maye yağı, qatığı, yumurtanı dərin bir qabda qarışdırın.

Unu dəzgahın üzərinə töküb ortasını açın.

Hazırladığınız ərzaqları unun ortasında açılan oyuğa tökün.

Qabartma tozunu una qarışdırın.

Dəzgahın üzərindəki unun ortasındakı oyuğa toz şəkəri ,ədviyyatları əlavə edərək yavaş-yavaş un əlavə edərək yoğurun.

Hazırladığınız iç üçün olan ərzağı pendirli hazırlayarsınızsa ona yumurtanın ağını da əlavə edin.

Hazırladıqdan sonra xəmiri dincə qoyun.

Dincə qoyduğunuz xəmiri kiçik kündələrə ayırın.

Həmin kündələri əlinizlə açın yəni yayın.

Hazırladığınız içi uzununa açdığınız kiçik yaymaların içinə qoyub bükün.

Fırın sinisini yağlayın və bükdüyünüz kurabiyyələri siniyə yığın.

Əvvəlcədən qızdırdığınız fırında üzərləri qızarana qəbər bişirin.

Nuş olsun!
Etiketlər: qaşığı, Hazırladığınız, əlavə, şirniyyat, kiçik, qarışdırın, oyuğa, yavaş, edərək, xəmiri, şorba, kündələri, əlinizlə, yayın, uzununa, sonra, Həmin, açdığınız, Dincə, qoyun
BİZİ İZLƏYİN