• Almas kurabiyə resepti

Reseptin məlumatları Baxış sayı: 4 014

Tarix : 20-03-2019, 12:00

Bölmə : Şirniyyatlar / Peçenye reseptləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
225 qr kərə yağı,
Bir stəkan yarım pudra şəkəri ,
2 ədət yumurta sarısı ,
2 şorba qaşığı qaymaq ,
2 su stəkanı un ,
1/2 su stəkanı kakao,
1 paket vanilin,
Bir az duz,

Üzəri üçün:
1 su stəkanı şəkər tozu,

Dolğu üçün:
120 q bitter şokolat,
1 şorba qaşığı duzsuz kərə yağı,
3 şorba qaşığı bal ,
3 şorba qaşığı qaymaq,

Hazırlanması:
Əvvəlcə xəmir üçün dərin bir qabda kərə yağı ilə şəkər pudrasını mikserlə azca qabarana qədər çırpın.
Yumurta sarılarını əlavə edin və qarışdırın.
Kremayı qatıb, yavaşça qarışdırmaya davam edin.
Un, kakao,vanilin və duzu ələyıərək əlavə edin.
Qatılaşana qədər qarışdırın.
Xəmirdən qozdan bir az kiçik parçalar ayırın və ovcunuzun içində yuvarlayın.
Toz şəkərə bulayıb, yağlanmış fırın sinisinə düzün.
Tam ortalarına baş barmağınızla kiçik oyuqlar açın.
Əvvəlcədən 175 dərəcə qızdırılmış fırında bişirin.
Fırından alın və soyudun.
Dolğu üçün şokoladı kərə yağı ilə birlikdə benmari üsulu əridin.
Ocağın altını qapatdıqdan sonra bal və qaymağı əlavə edib , qarışdırın.
Qarışımı bir sıxma torbasına doldurun.
Soyuyan kurabiyələrin ortasına sıxın və servis edin.

Nuş olsun!
Etiketlər: şorba, qaşığı, stəkanı, qarışdırın, əlavə, Dolğu, kiçik, şəkər, kakao, vanilin, qaymaq, qədər, fırında, qızdırılmış, soyudun, dərəcə, bişirin, Fırından, ortalarına, fırın
BİZİ İZLƏYİN