• Naxçıvan kökəsi (bayram kökəsi) resepti

Reseptin məlumatları Baxış sayı: 746

Tarix : 21.03.2019, 12:00

Bölmə : Peçenye reseptləri, Xəmir işləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox




Tərkibi:
xəmir:
1 kiloqram un ,
350 ram yağ,
2 yumurta,
2 çay qaşığı quru maya,
2 çay qaşığı şəkər tozu,
1çay qaşığı duz,
1,5 stəkan süd ,

iç:
450 q qoz ,
2 baş soğan ,
duz,
istiot ,
sarıkök,

üzərinə:
1 yumurta,

Hazırlanması:
Naxçıvan kökəsi (bayram kökəsi) hazırlamaq üçün yarım stəkan ilıq süddə 2 çay qaşığı şəkər tozu və mayanı qarışdırın.
15 dəqiqə saxlayın.
Yağı əridib soyudun.
Una duz, yağ, yumurta, süddə əritdiyiniz mayanı və südün qalanını əlavə edərək xəmir yoğurun.
Lazım gələrsə, südün miqdarını bir az artıra bilərsiniz.
Xəmir çox bərk olmasın.
Naxçıvan kökəsi (bayram kökəsi) xəmirinin üzərinə dəsmal sərib isti yerdə 2 saat saxlayın.
Xəmirin özünü tutması üçün.

İç:
Soğanları xırda doğrayıb kərə yağında qızılı rəng alanadək qovurun.
Soğan qovrulduqdan sonda sarıkök əlavə edin.
Qozu ətçəkən maşından keçirin, duz, istiot və qovrulmuş soğanla qarışdırın.
Gəlmiş xəmirdən 50 qramlıq kündələr tutun.
Sonra ilk tutduğunuz kündədən başlayaraq yastılayın.
Yastıladığınız Naxçıvan kökəsi (bayram kökəsi) içərisinə 1 xörək qaşığı iç qoyub qatlayın, qırağını şəkərbura kimi bükün.
Siniyə perqament kağızı döşəyin.
Naxçıvan kökəsini (bayram kökəsi) aralı olmaqla düzün, hərəsinin bir neçə yerindən çəngəl batırın (dibinə qədər).
Sobanı 200 dərəcəyə qədər isidin.
Bayram kökəsinin üzərinə yumurta çəkin.
Naxçıvan kökəsini 200 dərəcə qızdırılmış sobaya qoyun.
Üzəri qızaranadək bişirin.

Nuş olsun!
loading...

Etiketlər: kökəsi, qaşığı, Naxçıvan, bayram, yumurta, üzərinə, süddə, mayanı, qarışdırın, qədər, saxlayın, südün, xəmir, kökəsini, stəkan, şəkər, əlavə, istiot, sarıkök, şəkərbura
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəng seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoyler
BİZİ İZLƏYİN