• Qoz peçenyesi resepti

Reseptin məlumatları Baxış sayı: 5 556

Tarix : 10-06-2019, 12:00

Bölmə : Şirniyyatlar / Peçenye reseptləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
3 ədəd yumurta,
250 qram şəkər tozu,
200 qram yağ,
1 çimdik duz,
2 stəkan un,
1 çay qaşığı qabartma tozu

Qoz peçenyesinin içliyi üçün:
1-2 banka qaynadılmış qatılaşdırılmış süd,
Qoz ləpəsi (istəyə görə),

Hazırlanması:
Qoz peçenyesi hazırlamaq üçün əvvəlcə yumurtaları şəkər tozu ilə çırpın.
Yağı əridin, otaq temperaturunadək soyudun.
Sonra bu otaq temperaturuna soyutduğunuz yağı yumurtalı – şəkərli qarışığa əlavə edin.
Yağ, yumurta və qoz qarışığına duz, un, qabartma tozu əlavə edin.
Qarışığını yaxşıca qarışdırın.
Peçenyenin xəmiri hazırdır.
Sonra xəmirin özünü tutması üçün soyuducuya qoyun.
Bir qədər soyuducuda saxlayın.
Sonra qoz peçenyesi qəlibinin hər iki tərəfinin içərisini bitki yağı ilə yağlayın.
Xəmiri soyuducudan çıxardırıq.
Çay qaşığı vasitəsi ilə xəmirdən götürüb formaları doldurun.
Doldurduğumuz formaların qapağını bağlayıb bişirin.
Bişmə əsnasında qoz peçenyesi formalarının kənarlarından çıxan xəmir artıqları mütləq kəsilib götürülür. Bu, səliqəsiz görünmənin qarşısını alır.
İndi sıra gəldi içlik üçün qatılaşdırılmış südün hazır hala gətirilməsinə.
Bunun üçün əvvəlcə qatılaşdırılmış südü qaynadın.
Qoz ləpəsini əzin.
Sonra qaynadılmış qatılaşdırılmış südü xırdalanmış qozla qarışdırıb qoz peçenyesinin içini doldurun.

Nuş olsun!
Etiketlər: Sonra, qatılaşdırılmış, peçenyesi, yumurta, əvvəlcə, əlavə, qaynadılmış, doldurun, qabartma, şəkər, qaşığı, peçenyesinin, əsnasında, Bişmə, çıxardırıq, formalarının, kənarlarından, xəmir, bişirin, çıxan
BİZİ İZLƏYİN