• Breton karamelli makaron pirojnaları resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 17 874

Tarix : 4-10-2014, 22:00

Bölmə : Peçenye reseptləri / Foto reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi (30 ədəd):
Xəmir üçün:

1 ç.q. berqamot ətirli çay
150 q qabıqsız badam və ya badam unu
150 q şəkər pudrası
1 ç.q. kakao
110 q yumurta ağı
150 q şəkər tozu
40 ml su

Breton karameli üçün:
200 q şəkər tozu
200 q yağlı qaymaq (30%-li)
0,5 ç.q. iri dəniz duzu
150 q kərə yağı
Breton karamelli makaron pirojnaları resepti - FOTO RESEPT


Hazırlanması:
Əvvəlcə karameli hazırlayaq.

Qaymağı qazana töküb ocağın üstünə qoyun. Qaynara düşəndə götürün. Şəkər tozunu tayqulpa tökün, orta itilikdə ocağın üstünə qoyun. Daim qarışdıraraq əridin. Kütlə kəhrəba rəngində olmalıdır.
Breton karamelli makaron pirojnaları resepti - FOTO RESEPT


Şəkər əriyən kimi ocağı çox azaldın, səliqə ilə, qarışdırmağı dayandırmadan isti qaymağı əlavə edin. Dəniz duzu, kubik doğranmış otaq temperaturunda kərə yağını əlavə edin. Yaxşıca qarışdırıb ocaqdan götürün.

Otaq temperaturunadək soyudun. Sonra isə tam soyuması üçün soyuducuya qoyun.
Breton karamelli makaron pirojnaları resepti - FOTO RESEPT


Makaron:
Əgər hazır badam ununuz yoxdursa, onu şəkər pudrası ilə birlikdə üyüdün. Əgər hazır badam unundan istifadə edəcəksinizsə, onu şəkər pudrası ilə birlikdə ələkdən keçirin.
Breton karamelli makaron pirojnaları resepti - FOTO RESEPT


Badam unu ilə şəkər pudrasına üyüdülmüş qara, berqamot ətirli çay, kakao və 55 q yumurta ağı əlavə edin.

Qarışdırmayın. Bir kənara qoyun.

Qalan 55 q yumurta ağını ayrı bir ləyəndə mikserlə çalın.

Tayqulpa şəkər tozu və su tökün. Orta itilikdə ocağın üstünə qoyun, qaynara düşəndən sonra 116-118 dərəcəyə qalxanadək (bunun üçün karamel termometri gərəyiniz olacaq) bişirin. Belə termometriniz yoxdursa, başqa üsuldan istifadə edin: soyuq su ilə dolu fincana 1 damcı karamel salın, o damcı kimi donacaq və barmaqlarınızla sıxdığınızda yastılanacaq.
Breton karamelli makaron pirojnaları resepti - FOTO RESEPT


Siropu ocaqdan götürün. Yumurta ağını təkrar çalın və çalmağı dayandırmadan qaynar siropu nazik axınla əlavə edin. Qatı, parıldayan köpük alınınca çalın.
Breton karamelli makaron pirojnaları resepti - FOTO RESEPT


Bunu badamlı un və yumurta ağı olan ləyənə ehtiyatla əlavə edin. Ləyəni dairəvi fırlatmaqla taxta qaşıqla unu altdan yuxarı qaldıraraq yumurta ağı ilə qarışdırın. Alınan xəmir çox duru olmamalıdır. Yoxlamaq üçün bir boşqaba qarışıqdan azca tökün, qaşığı üstündə gəzdirin, açılmış şırım tədriclə örtülməlidir.
Breton karamelli makaron pirojnaları resepti - FOTO RESEPT


Xəmiri konditer torbasına doldurun. Siniyə perqament kağızı döşəyin. Torbadan perqamentin üzərinə diametri 3-4 sm olan dairələr sıxın.
Breton karamelli makaron pirojnaları resepti - FOTO RESEPT


Bunları otaq temperaturunda minimum 1 saat saxlayın ki, üstü yüngül qabıq bağlasın.

Əvvəlcədən 150-155 dərəcə qızdırılmış sobaya qoyub 11-12 dəqiqə bişirin.

Hazır makaronları sinidən götürüb tam soyudun.

Tam soyumuş makaronları aralarına soyumuş və qatılaşmış karamel çəkərək cüt-cüt birləşdirin. Bir gecə soyuducuda saxlayın.
Breton karamelli makaron pirojnaları resepti - FOTO RESEPT


Süfrəyə verməzdən 10 dəqiqə əvvəl soyuducudan çıxarın.

Nuş olsun!
Etiketlər: şəkər, əlavə, yumurta, qoyun, badam, karamel, tökün, üstünə, ocağın, götürün, çalın, pudrası, hazır, bişirin, yoxdursa, birlikdə, Şəkər, makaronları, soyudun, itilikdə
BİZİ İZLƏYİN