• Al yanaqlar peçenyesi resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 10339

Tarix : 5.10.2014, 12:00

Bölmə : Peçenye reseptləri, Meyvəli şirniyyatlar, Foto reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
200 q kərə yağı
1 st. xama
3 st.un
4 x.q. şəkər tozu
1 çimdik duz
10 q qabartma tozu
12 xırda alma
1 yumurtanın ağı + şəkər tozu (üzərinə)

Qeyd:1 st.=250 ml

Hazırlanması:
Unu qabartma tozu, duz və şəkər tozu ilə qarışdırın.

Ərinmiş yağ, xama əlavə edib xəmir yoğurun.

Xəmiri paketə büküb soyuducuya qoyun.

Almaların qabığını soyub iki bölün. Cecəsini çıxarın.

Xəmiri 24 yerə bölüb kündələyin.

Kündəni yayın. Ortasına almanın yarısını kəsiyi yuxarı olmaqla qoyun. Xəmirin kənarlarını almanın üstünə gətirib birləşdirin.

Bütün kündələri bu qaydada hazırlayın.

Hər peçenyenin qabarıq tərəfini yumurta ağına, sonra isə şəkər tozuna batırın.
Al yanaqlar peçenyesi resepti - FOTO RESEPT


Yağlanmış siniyə "tikişi" üzü aşağı olmaqla düzün.

170 dərəcə qızdırılmış sobada 30 dəqiqə bişirin.
Al yanaqlar peçenyesi resepti - FOTO RESEPT

Al yanaqlar peçenyesi resepti - FOTO RESEPT


Bişəndə alma peçenyenin içində zərif kremə çevriləcək, üzəri isə nazik şirin qazmaq kimi ləzzətli olacaq.

Nuş olsun!

Etiketlər: şəkər, peçenyenin, Xəmiri, olmaqla, qabartma, almanın, qoyun, tozuna, batırın, siniyə, aşağı, tikişi, Yağlanmış, hazırlayın, qaydada, qabarıq, tərəfini, düzün, yumurta
Загрузка...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəng seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoyler
Offline
nuku
cox lezzetli gorsenir,mutleq hazirlayacam
22 mart 2016 21:28
1
BİZİ İZLƏYİN




Yandex.Metrica