• Cenoveze resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 16 949

Tarix : 26-02-2016, 15:00

Bölmə : Peçenye reseptləri / Foto reseptlər

Mətbəx : İtalyan mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi (8-9 ədəd):
250 q un
50 q mannı
100 q (70+30) şəkər tozu
100 q kərə yağı
2 yumurtanın sarısı
150 q rikotta (İtaliyaya məxsus süd məhsulu, çox vaxt pendirlə qarışıq salırlar)
1 ç.q. qəhvə (yaxud kakao)
4 x.q. çox soyuq su
0,5 q hil

Hazırlanması:
Unu mannı və 70 q şəkər tozu ilə qarışdırın.
Cenoveze resepti - FOTO RESEPT


Otaq temperaturunda olan kərə yağı və yumurta sarısını əlavə edin.
Cenoveze resepti - FOTO RESEPT


Buz kimi suyu (dondurucudan) əlavə edib xəmir yoğurun. Rulet kimi büküb qida plyonkası ilə üzərini örtün və soyuducuda ən az 1 saat saxlayın.
Cenoveze resepti - FOTO RESEPT


İç: rikottanı 30 q şəkər tozu, qəhvə (və ya kakao), hil ilə qarışdırın.
Cenoveze resepti - FOTO RESEPT


Xəmiri 1 sm qalınlıqda dilimlərə doğrayın, hər birini oval şəkildə yayın.
Cenoveze resepti - FOTO RESEPT


Ovalın bir qırağına 1-1,5 ç.q. iç qoyun.
Cenoveze resepti - FOTO RESEPT


Ovalın o biri tərəfini üzərinə qatlayın. Stəkanın köməyilə kəsin (5-7-9 sm).
Cenoveze resepti - FOTO RESEPT


Qurabiyənin kənarlarını əlinizlə basdırın ki, bişəndə açılmasın. Perqament döşənmiş siniyə düzüb 180 dərəcə qızdırılmış sobada 15-20 dəqiqə (üstü azca qızaranadək) bişirin.
Cenoveze resepti - FOTO RESEPT


Qurabiyəni bir neçə gün saxlamaq olur, boyatımır və dadı daha da gözəlləşir.
Cenoveze resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: şəkər, kakao, qarışdırın, qəhvə, Ovalın, mannı, əlavə, kənarlarını, Qurabiyənin, basdırın, bişəndə, kəsin, əlinizlə, Stəkanın, qoyun, qırağına, yayın, tərəfini, üzərinə
BİZİ İZLƏYİN