• Ərikli peçenyelər resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 18 035

Tarix : 7-10-2014, 21:00

Bölmə : Peçenye reseptləri / Meyvəli şirniyyatlar / Foto reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi (50-60 ədəd):
250 q kərə yağı
125 q şəkər pudrası
400 q un (bir az çox da tələb oluna bilər)
30 xırda ərik (yaxud 15 irisi)
Ərikli peçenyelər resepti - FOTO RESEPT


Hazırlanması:
Əriklərin dənəsini çıxarın. Xırdadırlarsa, 2 yerə, böyükdürlərsə, 4 yerə bölün.
Ərikli peçenyelər resepti - FOTO RESEPT


Yağı şəkər pudrası ilə krem qatılığına düşənədək çalın.
Ərikli peçenyelər resepti - FOTO RESEPT


Un əlavə edib xəmir yoğurun (ovuntuq kimi alınacaq).
Ərikli peçenyelər resepti - FOTO RESEPT


Xəmiri 4-5 mm qalınlıqda yayın. 6-7 sm diametrli dairələr kəsin. Hər birinin ortasına ərik qoyun, kənarlarını elə qatlayın ki, ortası boş (bizim halda ortasında ərik) üçbucaq alınsın.
Ərikli peçenyelər resepti - FOTO RESEPT


Perqament döşənmiş siniyə düzün.
Ərikli peçenyelər resepti - FOTO RESEPT


200 dərəcə qızdırılmış sobada təxminən 15 dəqiqə, qıraqları qızaranadək bişirin. Çıxarıb soyudun, üzərinə şəkər pudrası səpin.
Ərikli peçenyelər resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: şəkər, pudrası, üçbucaq, ortasında, alınsın, döşənmiş, siniyə, halda, Perqament, ortası, qoyun, ortasına, kənarlarını, qatlayın, düzün, bizim, qızdırılmış, soyudun, Çıxarıb, üzərinə
BİZİ İZLƏYİN