• Pankeyk resepti

Reseptin məlumatları Baxış sayı: 7 730

Tarix : 13-11-2019, 12:00

Bölmə : Peçenye reseptləri / Digər reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox

Şef / Mənbə : la_mia_colazione


Tərkibi:
250ml süd
2 yumurta
3 yemək qaşığı şəkər tozu
Çay qaşığı qabartma tozu, ancaq mən sodadan daha çox istifadə edirəm
Vanil
Bir çimdik duz
250qr un
2 yemək qaşığı zeytun yağı

Hazırlanması:
Yumurtaları qırırıq, şəkər, duz və vanil əlavə edirik. Mikserlə köpüklənənə qədər çalırıq. Südü tökürük - qarışdırırıq, daha sonra zeytun yağı və yenə qarışdırırıq. Unu ələyirik və bir çay qaşığı soda əlavə edirik. Qarışdırırıq, ancaq bunu tez etməyə çalışırıq, əgər uzun çəksə, pankeyklər yumşaq deyil, "rezin kimi" olacaqlar. Xəmir hazırdır - o çox qatı deyil, yaxşı axıcıdır. Quru, yağlanmamış tavada hər iki tərəfini qızardırıq. Tökülən xəmirin üstündə kiçik qabarcıqlar yarandıqda, bu o deməkdir ki, artıq digər üzünü çevirib, qızartmaq lazımdır. Əks tərəfi də qızarana qədər pişiririk və budur, vualya pankeyklər hazırdır! Onların yanına ürəyiniz nə istəyirsə, verə bilərsiniz!

Nuş olsun!
Etiketlər: qaşığı, pankeyklər, qarışdırırıq, zeytun, deyil, edirik, əlavə, hazırdır, şəkər, yemək, qədər, ancaq, artıq, yarandıqda, qabarcıqlar, deməkdir, xəmirin, tərəfini, tavada, qızardırıq
BİZİ İZLƏYİN