• Kakaolu qurabiyə resepti

Reseptin məlumatları Baxış sayı: 7 734

Tarix : 12-10-2019, 12:00

Bölmə : Şirniyyatlar / Peçenye reseptləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
2 stəkan un
0,5 stəkan şəkər pudrası
1/3 stəkan kakao tozu
1 x.q. qaşığı qarğıdalı nişastası
1/4 ç.q. duz
115q soyuq kərə yağı (xırda-xırda doğrayın)
0,5 stəkan doğranmış quru albalı
1/3 stəkan soyuq su
1/4 ç.q. vanil ekstraktı

Hazırlanması:
Bir qabda un, şəkər pudrası, kakao tozu, nişasta və duzu qarışdırın. Kərə yağını əlavə edib çalın, qarışıq havalı olana qədər. Üzərinə albalını əlavə edin, qarışdırın.

Ayrı qabda su və vanil ekstraktını qarışdırın. Sonra bu qarışığı asta-asta unlu qarışığa əlavə edin və qarışdırın. Xəmir bir qədər yapışqan olacaq.
Alınan xəmiri mətbəx selofanına tökün və bükün. Sonra əlinizlə xəmirə uzunsov şəkil verin (kolbasa kimi). “Kolbasa”nın uzunluğu 30 sm olmalıdır. Onu sellofana yaxşıca sarıb konfet kimi kənarlarını bükün. Qoyun soyuducuda ən azı 1 saat qalsın. Nə qədər çox qalsa, o qədər yaxşıdır. Xəmir bir az bərkiyəcək.

Sobanı 175C-dək qızdırın. Siniyə kağız sərin.

Xəmiri soyuducudan çıxardın və 1-2 sm qalınlığında dairələrə doğrayın. Dairələrin şəkli əzilsə, əlinizlə düzəldin. Qurabiyyələri listə 5 sm aralıqla düzün. 15 dəqiqə ərzində bişirin. Hazır qurabiyyələrin üstü bir qədər yumuşaq qalmalıdır (elə biləcəksiniz ki, bişməyiblər, amma əslində bişiblər). Sobadan çıxardın. Qoyun listdə soyusunlar. Bu müddət ərzində qurabiyyələrin üstü bir az bərkiyəcək.

Nuş olsun!
Etiketlər: qədər, stəkan, qarışdırın, əlavə, ərzində, şəkər, qurabiyyələrin, pudrası, çıxardın, Sonra, bükün, Xəmir, əlinizlə, Qoyun, kakao, doğrayın, vanil, soyuq, qabda, bərkiyəcək
BİZİ İZLƏYİN