• Almalı tort peçenye resepti

Reseptin məlumatları Baxış sayı: 3 578

Tarix : 19-04-2021, 10:00

Bölmə : Şirniyyatlar / Peçenye reseptləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
200 qram yumşaq kərə yağı
1 çay fincanı duru yağ
Yarım çay stəkanı şəkər tozu
1 yumurta
1 xörək qaşığı sirkə
1 xörək qaşığı qatıq
1 paket vanil
4-4,5 stəkan un

İçi üçün:
4 orta boy alma
1 çay stəkanı toz şəkər
1 çay qaşığı darçın

Üzəri üçün:
Yumurta sarısı
Badam

Hazırlanması:
Almaları soyub, rəndələyirik. Tavaya alıb suyu çəkilənə qədər bişiririk.Suyu tamamilə çəkildikdən sonra ocaqdan alıb soyuduqdan sonra üzərinə darçın əlavə edək.Xəmir ləvazimatlarını qaba alaq.Ələ yapışmayan olduqca yumşaq bir xəmir yoğuraq.Böyük bir xəmir parçasını götürək, yağlanmış bir kağızın üstünə yayaq..
Sonra bir stəkan və ya yuvarlaq bir qəliblə forma verək.
Bir çay qaşığı içlik əlavə edib qatlayaq.
Sobaya düzək..Hər şey bitdikdən sonra üzərinə yumurta sarısı çəkilir.
Çəngəllə cızıq atılır və doğranmış badam əlavə edilir.
Əvvəlcədən isidilmiş sobada 175 dərəcədə bişirilir.

Nuş olsun!
BİZİ İZLƏYİN