• Vafli resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 49 096

Tarix : 17-10-2014, 21:00

Bölmə : Peçenye reseptləri / Foto reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi (16-18 ədəd):
375 ml isti süd
125 q şəkər tozu
10 q quru maya (və ya 25 q yaş maya)
150 q ərinmiş kərə yağı
1/2 ç.q. duz
1 ç.q. vanil esensiyası (və ya 1 x.q. vanilli şəkər)
2 yumurta
400 q un
1,5 ç.q. qabartma tozu

Hazırlanması:
Maya və şəkər tozunu isti süddə əridin. Kərə yağı, yumurta, duz və vanil esensiyasını əlavə edin. Eynicinsli kütlə alınanadək çəngəllə çalın. Tədricən ələnmiş un və qabartma tozu əlavə xəmir yoğurun. Oladi xəmirindən bir az qatı xəmir alınmalıdır.

Xəmiri yarım saat isti yerdə saxlayın. Bu müddətdə həcmi böyüyəcək və üstündə qabarcıqlar əmələ gələcək.
Vafli resepti - FOTO RESEPT


Vafli aparatını qızdırın. Xəmiri içinə töküb qızılı rəng alanadək bişirin.
Vafli resepti - FOTO RESEPT


Süfrəyə cem, sirop, çalınmış qaymaq, şəkər pudrası ilə verə bilərsiniz.
Vafli resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: şəkər, qabartma, əlavə, xəmir, yumurta, Xəmiri, vanil, qızdırın, Vafli, aparatını, gələcək, üstündə, həcmi, böyüyəcək, içinə, qabarcıqlar, əmələ, alanadək, qaymaq, pudrası
BİZİ İZLƏYİN