• Ponçik resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 107 191

Tarix : 18-10-2014, 15:00

Bölmə : Peçenye reseptləri / Foto reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
12 dolu x.q. un
3 yumurtanın sarısı
1 x.q. şəkər tozu
15 q maya
200 q süd
30 q kərə yağı
1 x.q. konyak
Ponçik resepti - FOTO RESEPT


Hazırlanması:
Mayanı isti süddə əridin, şəkər tozu səpin və isti yerə qoyun. 20 dəqiqə sonra maya şişəcək.
Ponçik resepti - FOTO RESEPT


Unu dərin ləyənə ələyin, südlü mayanı, yumurta sarılarını, ərinmiş yağı, konyakı və bıçağın ucunda duz əlavə edin. Xəmir yoğurun. Üstünü örtüb isti yerə qoyun.
Ponçik resepti - FOTO RESEPT


Xəmir gələndən sonra (təxminən 30-40 dəq.) 1,5 sm qalınlıqda yayın. Stəkanın köməyilə dairələr kəsin, badənin (yaxud şüşə butulkanın ağzı ilə) köməyilə həmin dairələrin ortasını da kəsib çıxarın. Bunları daha 15-20 dəqiqə saxlayın.
Ponçik resepti - FOTO RESEPT


Qaynar bitki yağında qızardın.
Ponçik resepti - FOTO RESEPT


Üstünə şəkər pudrası səpin.
Ponçik resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: şəkər, sonra, səpin, qoyun, köməyilə, Xəmir, dəqiqə, həmin, butulkanın, yaxud, badənin, kəsin, qalınlıqda, yayın, Stəkanın, dairələr, dairələrin, Bunları, qızardın, yağında
BİZİ İZLƏYİN