• Meksikalıların toy qurabiyəsi resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 17 049

Tarix : 20-10-2014, 19:00

Bölmə : Peçenye reseptləri / Foto reseptlər

Mətbəx : Dünya mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi (20 ədəd):
170 q badam (daha 40 ədəd bəzək üçün)
320 q un
1/4 ç.q. duz
1/2 ç.q. darçın
240 q kərə yağı (otaq temperaturunda)
400 q şəkər pudrası
1 ç.q. vanil ekstraktı və ya vanili şəkər
1 yumurtanın ağı

Hazırlanması:
Sobanı 180 dərəcə qızdırın. Badamı (bəzək üçün olanları yox) siniyə töküb sobaya qoyun. Aradabir qarışdıra-qarışdıra 10 dəqiqə qovurun. Çıxarıb soyudun.
Badamı, unu, duzu, darçını blenderə töküb xırdalayın, bir kənara qoyun.

Yağı 200 q şəkər pudrası və vanillə mikserlə çalın. Un qarışığını əlavə edib xəmir yoğurun.
Meksikalıların toy qurabiyəsi resepti - FOTO RESEPT


Xəmiri 20 bərabər yerə bölün. Kündələyin, perqament döşənmiş siniyə qoyub azca yastılayın.
Meksikalıların toy qurabiyəsi resepti - FOTO RESEPT


Yumurtanın ağını çalın. Bəzək üçün olan badamları bunun içinə atıb qarışdırın. Sonra hər kündənin üstünə iki badam qoyun.

180 dərəcə qızdırılmış sobada təxminən 25 dəqiqə, qurabiyənin altı azacıq qızaranadək bişirin.
Meksikalıların toy qurabiyəsi resepti - FOTO RESEPT


Hazır qurabiyəni təxminən 5 dəqiqə soyudun, sonra qalan şəkər pudrasını bir ləyənə tökün, qurabiyələri şəkər pudrasına batırın.

Tamamilə soyuyandan sonra süfrəyə verə bilərsiniz.
Meksikalıların toy qurabiyəsi resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: şəkər, dəqiqə, qoyun, töküb, siniyə, Badamı, dərəcə, təxminən, soyudun, sonra, çalın, qarışdıra, pudrası, badam, bəzək, qızdırılmış, azacıq, sobada, qurabiyənin, üstünə
BİZİ İZLƏYİN