• Fındıqlı-vaflili konfetlər resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 18 231

Tarix : 21-10-2014, 13:00

Bölmə : Peçenye reseptləri / Foto reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
150 q südlü şokolad
150 q tünd şokolad
50 ml 33%-li qaymaq
30 q kərə yağı
100 q fındıq
50 q içliksiz quru vafli

Hazırlanması:
Vaflini xırdalayın (lap toz halına salmayın).
Fındıqlı-vaflili konfetlər resepti - FOTO RESEPT


Fındığı xırdalayın (qalın oxlovla üzərindən bir neçə dəfə getmək olar).
Fındıqlı-vaflili konfetlər resepti - FOTO RESEPT

Fındıqlı-vaflili konfetlər resepti - FOTO RESEPT


Südlü şokoladı su hamamında, yaxud mikrodalğalı sobada 1,15 dəqiqə (1000 Vatt) əridin.
Fındıqlı-vaflili konfetlər resepti - FOTO RESEPT


Vafli, fındıq və əridilmiş südlü şokoladı qarışdırın.
Fındıqlı-vaflili konfetlər resepti - FOTO RESEPT


Kənarları hündür bir qabın içinə perqament döşəyin, qarışığı içinə yayıb hamarlayın.
Fındıqlı-vaflili konfetlər resepti - FOTO RESEPT


Soyuducuda iki saat saxlayın.

Qanaş:qaymağı qızdırın (qaynatmayın), tünd şokolad və yağ əlavə edin. Yaxşıca qarışdırın.
Fındıqlı-vaflili konfetlər resepti - FOTO RESEPT


Soyuducudakı fındıq-vafli qarışığını çıxarın, qanaşı üzərinə töküb hamarlayın.

Yenidən soyuducuda 2 saat saxlayın.

Doğrayanda bıçağı qızdırın.
Fındıqlı-vaflili konfetlər resepti - FOTO RESEPT


İstəsəniz, doğranmış konfetlərin də üzərinə su hamamında əridilmiş tünd şokolad çəkə bilərsiniz (bundan sonra da soyuducuda saxlamaq gərəkdir).
Fındıqlı-vaflili konfetlər resepti - FOTO RESEPT

Fındıqlı-vaflili konfetlər resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: şokolad, fındıq, qarışdırın, əridilmiş, hamarlayın, hamamında, qızdırın, soyuducuda, üzərinə, şokoladı, saxlayın, içinə, xırdalayın, südlü, vafli, çıxarın, qanaşı, qaymaq, qarışığını, töküb
BİZİ İZLƏYİN