• Qırmızı məxmər peçenyesi resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 18 562

Tarix : 25-10-2014, 16:00

Bölmə : Peçenye reseptləri / Foto reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
3 st. un
0,3 st. kakao tozu
2,25 (2 1/4) ç.q. qabartma tozu
0,25 (1/4) ç.q. soda
0,5 ç.q. duz
1,3 st. şəkər tozu
180 q kərə yağı
3 yumurta
1-2 x.q. süd
1 ç.q. vanil cövhəri
30 ml qırmızı qida boyası
0,5 st. bəyaz damla şokolad
0,5 st. südlü damla şokolad
2 st. şəkər pudrası

Hazırlanması:
Sobanı 180 dərəcə qızdırın. Sininin içinə perqament döşəyin.

Böyük ləyəndə un, kakao, qabartma tozu, soda və duzu qarışdırın.
Yağı xırda kubik doğrayın, şəkər tozu ilə birlikdə blenderdə təxminən 3 dəqiqə çalın. Sonra çalmağı dayandırmadan bir-bir yumurtaları əlavə edin. Süd, vanil cövhəri, rəng əlavə edib yenə çalın.

Un qarışığını əlavə edib qarışdırın. Damla şokoladları da əlavə edib qarışdırın.
Qırmızı məxmər peçenyesi resepti - FOTO RESEPT


Bir kasaya şəkər pudrası tökün. Qaşıqla xəmirdən götürüb şəkər pudrasının içinə salın, hər tərəfini una batırın.
Qırmızı məxmər peçenyesi resepti - FOTO RESEPT


Pudralanmış kürələri siniyə bir-birindən 7-8 sm aralı düzün. 11-13 dəqiqə bişirin, amma çalışın, üzəri qəhvəyi rəng almasın. Sinidən çıxarmazdan əvvəl tam soyudun.
Qırmızı məxmər peçenyesi resepti - FOTO RESEPT


"Qırmızı məxmər" peçenyelərini hermetik qabda 4 gün saxlamaq olar.
Qırmızı məxmər peçenyesi resepti - FOTO RESEPT

Qırmızı məxmər peçenyesi resepti - FOTO RESEPT

Qırmızı məxmər peçenyesi resepti - FOTO RESEPT

Qırmızı məxmər peçenyesi resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: şəkər, əlavə, qarışdırın, qabartma, şokolad, çalın, içinə, dəqiqə, damla, pudrası, cövhəri, kakao, vanil, xəmirdən, siniyə, aralı, düzün, birindən, kürələri, bişirin
BİZİ İZLƏYİN