• Zefir resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 43 735

Tarix : 6-11-2014, 18:00

Bölmə : Peçenye reseptləri / Foto reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi (90 ədəd üçün):
1 kq şəkər tozu
25 q (2,5 x.q.) jelatin
18 q (1 x.q.) limon turşusu
6 q (1 ç.q.) vanili şəkər
5 q (1 ç.q.) soda
Zefir resepti - FOTO RESEPT


Hazırlanması:
Jelatini 100 ml qaynadılmış soyuq suda 2 saat saxlayın. Eyni zamanda şəkər tozunu da 200 ml qaynadılmış soyuq suda 2 saat saxlayın.

Sonra şəkər tozu olan qabı ocağın üzərinə qoyun, dayanmadan qarışdıraraq 7-8 dəqiqə qaynadıb ocaqdan götürün. Jelatini əlavə edib mikserlə 10 dəqiqə çalın. Yaxşı olar ki, ən aşağı (1) sürətdə çalasınız.
Limon turşusunu əlavə edin, 5 dəqiqə çalın.
Bundan sonra vanili şəkər, soda əlavə edib daha 5 dəqiqə çalın. 10 dəqiqə gözləyin.
Sininin içinə perqament döşəyin (qətiyyən yağlamayın). Sonra qənnadı şprisinin köməyilə (yaxud da qaşıqla) hazır kütləni xırda kürəciklər kimi perqamentin üzərinə bölüşdürün. 3-4 saatlığa soyuducuya qoyun. (Buz dolabına qoymayın!)
Zefir resepti - FOTO RESEPT

Zefir resepti - FOTO RESEPT

Zefir resepti - FOTO RESEPT

Zefir resepti - FOTO RESEPT

Zefir resepti - FOTO RESEPT

Zefir resepti - FOTO RESEPT

Zefir resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: şəkər, dəqiqə, əlavə, çalın, saxlayın, Sonra, üzərinə, soyuq, qoyun, qaynadılmış, vanili, Jelatini, şprisinin, köməyilə, olsun, qənnadı, yaxud, yağlamayın, perqament, döşəyin
BİZİ İZLƏYİN