Tərkibi:100 q kərə yağı və ya marqarin
100 q şəkər tozu
1 ç.q. vanilli şəkər
2 yumurta
2 ç.q. qabartma tozu və ya 1 ç.q. söndürülmüş soda
300-350 q un
cem və ya qatı pavidla
Hazırlanması:Yağı şəkər tozu və vanilli şəkərlə qarışdırın, yumurta əlavə edib qarışdırın. Qabartma tozu və un əlavə edərək xəmir yoğurun.
Xəmiri 3 mm qalınlıqda yayıb müxtəlif fiqurlar kəsin. Fiqurların yarısının ortasını kəsin.
Sinini yağlayın, yaxud perqament döşəyin. Kəsdiyiniz fiqurları üstünə düzün. 180 dərəcə qızdırılmış sobada 10-15 dəqiqə bişirin.
Hazır fiqurların üzərinə cem, yaxud pavidla çəkin. Üstündən isə ortasını kəsdiyiniz bişmiş fiqurları yerləşdirin.
Nuş olsun!
Etiketlər: şəkər, pavidla, qarışdırın, əlavə, fiqurları, kəsin, ortasını, yaxud, yumurta, vanilli, qızdırılmış, sobada, dərəcə, dəqiqə, Kəsdiyiniz, düzün, üstünə, üzərinə, kəsdiyiniz, bişmiş