• Badamlı peçenye resepti

Reseptin məlumatları Baxış sayı: 15 805

Tarix : 21-11-2014, 19:00

Bölmə : Şirniyyatlar / Peçenye reseptləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
400 q şəkər
6 yumurtanın ağı
80 q un
200 q badam

Hazırlanması:
Badamı qaynar suya salıb qabığını təmizləyin. Qurudun. Sonra isə qəhvəüyüdəndə üyüdün. Üyüdülmüş badamı, 3 yumurtanın ağını və şəkər tozunu çalın. Sonra daha 3 yumurtanın da ağını əlavə edib "su hamamında" çalmağa davam edin. Sonra isə qaşıqla yavaş-yavaş qarışdıraraq unu əlavə edin. Qarışığı konditer kisəsinə töküb üzərinə perqament qoyulmuş siniyə balaca peçenyelər sıxın. 160-180 dərəcə istidə qızaranadək bişirin. O quruyanda yaxşı bişmiş sayılır.
Hazır peçenyeni perqamentlə birlikdə sinidən götürüb nəm salfetin üzərinə qoyun. Peçenye kağızdan rahatca qopmağa başlayanda hamısını götürüb bir qaba düzün. Onları ərinmiş şokolad vasitəsilə iki-iki yapışdıra da bilərsiniz.

Nuş olsun!
Etiketlər: yumurtanın, Sonra, yavaş, ağını, əlavə, şəkər, götürüb, üzərinə, perqamentlə, sinidən, peçenyeni, birlikdə, sayılır, bişirin, qızaranadək, istidə, quruyanda, yaxşı, salfetin, bişmiş
BİZİ İZLƏYİN