• Vanilli kremlə bananlı pirojna resepti

Reseptin məlumatları Baxış sayı: 17 884

Tarix : 18-04-2015, 21:00

Bölmə : Peçenye reseptləri / Xəmir işləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : 60-120

Nəfər sayı : 6-8


Tərkibi (8 ədəd):
1 bağlama hazır qat-qat xəmir
4 banan
1 yumurtanın sarısı (üzərinə)

Krem:
350 ml süd
2 yumurtanın sarısı
2 x.q. nişasta
4 x.q. şəkər tozu
1 paket vanilli şəkər
40 q kərə yağı
1 x.q. limon şirəsi

Hazırlanması:
Xəmirin donunu açıb kvadratlara bölün (8 ədəd alınacaq).

Krem:
Yumurta sarılarını şəkər tozu və nişasta ilə çalın.
Südə vanilli şəkəri əlavə edib ocağın üstünə qoyun. Qaynara düşəndə daim qarışdıraraq yumurta sarısı-şəkər tozu qarışığını əlavə edin. Ocağı azaldın, krem qatılaşanacan qarışdıraraq bişirin. Kərə yağı və limon şirəsini əlavə edin, qarışdırın.
Xəmirin üzərinə xırda doğranmış banan və bir neçə qaşıq krem qoyun. Kənarlarını yaxşıca birləşdirin ki, krem axmasın.
Üzərinə yumurta sarısı çəkin. Perqament döşənmiş siniyə düzüb 200 dərəcə qızdırılmış sobada 30 dəqiqə bişirin. Pirojnaların altı yanmasın deyə, sobanın alt gözünə su ilə dolu tava qoyun.

Nuş olsun!
Etiketlər: şəkər, sarısı, qoyun, əlavə, vanilli, limon, bişirin, Xəmirin, yumurta, qarışdıraraq, yumurtanın, banan, üzərinə, nişasta, axmasın, Üzərinə, Perqament, birləşdirin, çəkin, Kənarlarını
BİZİ İZLƏYİN