• Torağay resepti

Reseptin məlumatları Baxış sayı: 16 585

Tarix : 17-04-2015, 23:00

Bölmə : Peçenye reseptləri / Xəmir işləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : 6-8


Tərkibi:
250 ml su
1 ç.q. quru maya
0.5 st. şəkər tozu
1 ç.q. vanilli şəkər
1 ç.q. duz
1/4 st bitki yağı
3 st. un

Üzəri üçün:
kişmiş (bəzək)
bal (üzərinə)

Hazırlanması:
Kişmiş və bal xaricində göstərilən ərzaqdan xəmir yoğurun. 1,5-2 saat isti yerdə saxlayın.
Hazır xəmiri 8 yerə bölün.
Hər kündəni 15 sm uzunluqda jqut halına salın. Onu düyünləyərək bir hissəsini quş başına bənzədin.
Kişmişi bir neçə yerə bölüb "göz" əvəzi "başa" bərkidin.
Yaxud şəkildə göstərilən digər qaydadan istifadə edin.
"Torağayları" siniyə düzüb isti yerə qoyun. Gələndən sonra üzərinə bal çəkib 180 dərəcə qızdırılmış sobada 20-25 dəqiqə bişirin.
Bişmiş bulkaları taxta lövhənin üzərinə qoyun. Azca su səpin, üzərinə dəsmal çəkib 10-15 dəqiqə saxlayın.

Nuş olsun!
Etiketlər: üzərinə, qoyun, dəqiqə, göstərilən, saxlayın, şəkər, çəkib, Gələndən, siniyə, düzüb, istifadə, Yaxud, bərkidin, şəkildə, digər, sonra, qaydadan, Torağayları, qızdırılmış, lövhənin
BİZİ İZLƏYİN