• Şahmat peçenye resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 53 435

Tarix : 23-04-2015, 17:00

Bölmə : Peçenye reseptləri / Xəmir işləri / Foto reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : 60-120

Nəfər sayı : 10-12


Tərkibi:
3 yumurta
220 q kərə yağı
4 x.q. qəhvəyi şəkər tozu
1 çimdik vanil
1/3 ç.q. duz
1 x.q. kakao tozu
270 q un (ağ xəmirə 140, tünd xəmirə 130 q)

Hazırlanması:
Yumurtaları suda bişirin. Təmizləyin, ağını sarısından ayırın (bu reseptdə yumurtanın ancaq sarısından istifadə olunur, yəni yumurta ağlarını başqa resept üçün istifadə edə bilərsiniz).
Bişmiş yumurta sarılarını çəngəllə əzin.
Yumşaldılmış kərə yağını qəhvəyi şəkər, duz, vanil və yumurta sarıları ilə qarışdırın.
Bu qarışığı iki bərabər hissəyə ayırın. Birinə kakao tozu qatın.
Hər qarışığa ayrılıqda un əlavə edib 2 ayrı xəmir yoğurun.
Açıq və tünd rəngli xəmirləri 14x9 sm ölçüdə yayın.
Tünd rəngli xəmirin üstünə açıq rənglini qoyun, azca üstündən basın, soyuducuda 30-40 dəqiqə saxlayın.
Soyuducudan çıxardığınız xəmirin kənarlarını bıçaqla kəsib hamarlayın.
Eyni endə 4 şəridə bölün.
Sonra yanaşı bir ağ, bir tünd şəridi qoyun. Ağ şəridin üstündən tünd, tündün üstündən ağ şərid qoyun.
Alınan "kərpici" 1 sm enində paylara bölün.
Siniyə perqament döşəyin. Peçenyeləri üstünə düzün. 180-190 dərəcə qızdırılmış sobada 10-15 dəqiqə bişirin.

Şahmat peçenye resepti - FOTO RESEPT

Şahmat peçenye resepti - FOTO RESEPT

Şahmat peçenye resepti - FOTO RESEPT

Şahmat peçenye resepti - FOTO RESEPT

Şahmat peçenye resepti - FOTO RESEPT

Şahmat peçenye resepti - FOTO RESEPT

Şahmat peçenye resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: yumurta, qoyun, üstündən, bişirin, ayırın, dəqiqə, bölün, istifadə, rəngli, sarısından, üstünə, xəmirin, qəhvəyi, vanil, şəkər, kakao, xəmirə, bıçaqla, kəsib, hamarlayın
BİZİ İZLƏYİN