Tərkibi:400-500 q kəsmik
2 yumurta
2 x.q. şəkər tozu
1 paket qabartma tozu
2 st. un
0,5 ç.q. duz
Hazırlanması:Kəsmik və şəkər tozunu yaxşıca qarışdırın. Yumurta əlavə edib yenə qarışdırın.
Un və qabartma tozu (sirkədə söndürülmüş 0,5 ç.q. soda da olar) əlavə edin, yoğurun.
Xəmir yumşaq olmalıdır. Onu 16 yerə bölüb kündələyin.
180 dərəcə qızdırılmış sobada 20 dəqiqə, üzəri qızaranadək bişirin.
Bu bulkaların xəmirinə provans otları, pendir, yaxud kişmiş qata, üzərinə şokoladlı qlazur çəkə, şəkər pudrası səpə bilərsiniz - hansını seçsəniz, hamısında xəmir eyni gözəllikdə, dadlı olacaq.
Nuş olsun!
Etiketlər: şəkər, qabartma, qarışdırın, əlavə, yaxud, kişmiş, üzərinə, şokoladlı, pendir, otları, bişirin, bulkaların, xəmirinə, provans, qlazur, pudrası, hamısında, xəmir, gözəllikdə, olacaq