• Spritsen peçenyeləri resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 17 783

Tarix : 1-05-2015, 15:00

Bölmə : Peçenye reseptləri / Xəmir işləri / Foto reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : 6-8


Tərkibi:
380 q kərə yağı
1 yumurta
200 q şəkər pudrası
5 q duz
15 q vanilli şəkər
500 q un

Hazırlanması:
1 yumurta və kərə yağını mikserlə köpüklənincə çalın.
Şəkər pudrası, duz, vanilli şəkər əlavə edib yenə çalın.
Un qatın, taxta lövhənin üzərində əlinizlə yoğurun. Ələ yapışan kütlə alınacaq.
Xəmiri konditer torbasına yığın, iri "açıq ulduz" ucluğunu taxın (kiçik olsa, xəmiri sıxmaq çətin olacaq).
Siniyə perqament döşəyin, konditer torbasını sıxaraq ziqzaq formasında, 5 sm enində şəridlər çıxarın.
175-180 dərəcə qızdırılmış sobada 15-20 dəqiqə, açıq-qızılı rəng alanadək bişirin.
Peçenyeni dərhal çıxarın, 2 dəqiqə müddətində paylara bölün.
Soyudun. İstəsəniz, şokolad qlazuruna batıra bilərsiniz.

Spritsen peçenyeləri resepti - FOTO RESEPT

Spritsen peçenyeləri resepti - FOTO RESEPT

Spritsen peçenyeləri resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: şəkər, konditer, dəqiqə, çıxarın, çalın, vanilli, pudrası, yumurta, dərəcə, sobada, şəridlər, qızdırılmış, enində, sıxaraq, torbasını, ziqzaq, qızılı, formasında, döşəyin, dərhal
BİZİ İZLƏYİN