• Krujeva bulkalar resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 25 126

Tarix : 29-04-2015, 15:00

Bölmə : Peçenye reseptləri / Xəmir işləri / Foto reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
350 q un
80 q yumşaldılmış kərə yağı
2 yumurtanın sarısı
140 ml isti süd
3 x.q. şəkər tozu
1 paket vanilli şəkər
10 q maya
bulkaların üzərinə çəkmək üçün bir qədər şirin süd
şəkər pudrası

Hazırlanması:
Ləyənə süd tökün. 1 ç.q. şəkər tozu, maya əlavə edib qarışdırın, üzərinə dəsmal çəkin, 10 dəqiqə saxlayın.

Ayrı qabda un, şəkər tozu və duzu qarışdırın.

Barata, süd və yumurta sarılarını unlu qarışığa əlavə edin. Qaşıqla qarışdırın.

Qarışdırmaq çətinləşəndə xırda doğranmış kərə yağını əlavə edin.

Xəmiri 10 dəqiqə yoğurun. Təmiz ləyənə qoyun, üzərinə dəsmal çəkin, isti yerdə 1,5 saat saxlayın. Həcmi 2 dəfə artacaq.

Xəmiri iki yerə bölün. Bir az qalın yayın. 5 sm diametrli dairələr kəsin.

Üç dairəni şəkildəki kimi üst-üstə qoyun.

Bükün, sonra isə ortadan bölün. Bütün xəmiri bu qaydada hazırlayın.
Keks üçün formanın içinə perqament (yaxud keks kağızı) döşəyin, bulkaları şəkildəki kimi, bir-birindən azca aralı yerləşdirin.

Bulkaların üzərinə şirin süd çəkin. Şişməsi üçün bir qədər saxlayın.

180 dərəcə qızdırılmış sobada 15-20 dəqiqə bişirin. Hazır olduqdan sonra üzərinə şəkər pudrası səpin.

Krujeva bulkalar resepti - FOTO RESEPT

Krujeva bulkalar resepti - FOTO RESEPT

Krujeva bulkalar resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: şəkər, üzərinə, saxlayın, dəqiqə, əlavə, çəkin, qarışdırın, dəsmal, Xəmiri, sonra, şəkildəki, bölün, qoyun, qədər, pudrası, şirin, formanın, hazırlayın, içinə, perqament
BİZİ İZLƏYİN